DƏRS 4 TƏHSİL SAHƏSİNDƏ İSLAHATLAR-GÜNEL ƏLİYEVA
MAKSİMUM 10000 TEST kitabından

KURİKULUM HAQQINDA ÜMUMİ MƏLUMAT

  1. ‘’Azərbaycan Respublikasının təhsil sahəsində
    İslahat Proqramı’’ neçənci ildə təsdiq olunmuşdur?
    A)15 iyun 1999-cu il
    B)14 avqust 1998-ci il
    C)12 sentyabr 1995-ci il
    D)20 may 1992-ci il
    E)16 yanvar 1994-cü il

2.Təhsil sahəsində İslahat Proqramı neçənci illəri əhatə edir?
A)1999-2013-cü illər
B)1998-2011-ci illər
C)1991-2012-ci illər
D)1999-2018-ci illər
E)1995-2017-ci illər

  1. Məzmun etibarilə elm sahəsini, onun mükəmməl anlayışlar sistemini əhatə etməklə bilavasitə bu anlayışların mənimsənilməsinə istiqamətləndirilir. Belə kurikulumların keyfiyyətində biliklərin həcmi və miqdarı əsas rol oynayır. Bütün praktik bacarıqların yerinə yetirilməsində məqsəd biliklərin möhkəmliyini, davamlılığını artırmağa xidmət göstərməkdən ibarət olur. Praktik əhəmiyyət daşıyan bacarıq, vərdiş və qabiliyyətlər arxa plana keçir, fənnin elmi potensialı artır, məlumatlıq səviyyəsi çoxalır. Şagirdlər özlərinə praktik cəhətdən lazım olmayan fundamental bilikləri öyrənmək məcburiyyətində qalırlar.
    Kontekstə əsasən söhbətin hansı kurikulumdan getdiyini müəyyən edin.
    A)Nəticələrə əsaslanan kurikulum
    B)Fənlərə əsaslanan kurikulum
    C)Fənyönümlü kurikulum
    D)İnteqrasiya olunmuş kurikulum
    E)Əhatəli kurikulum

4.———————-kurikulumlar bilavasitə həyati bacarıq və vərdişlərə üstünlük verilməsi ilə fərqlənir.
Bu kurikuluma görə insanın gələcək həyat fəaliyyətində lazım olan praktik bacarıq və vərdişlər əhatə edilir, onun əqli fəaliyyətlə bağlı qabiliyyətlərinin formalaşması ön plana çəkilir.
Fikirlər hansı kurikuluma aiddir?
A)Əhatəli kurikulum
B)Fənyönümlü kurikulum
C)Nəticələrə əsaslanan kurikulum
D)Şəxsiyyətyönümlü kurikulum
E)İnteqrasiya olunmuş kurikulum

5.Kurikulumun növləri sırasında verilə bilməz:
A)Fənyönümlü kurikulum
B)Şəxsiyyətyönümlü kurikulum
C)İnteqrasiya olunmuş kurikulum
D)Fənlərə əsaslanan kurikulum
E)Öyrədici kurikulum

6.1990-cı ildə geniş bərabərlik və sosial ədalətin inkişafı ilə bağlı olan və ictimai təşkilatlarda İnsan Hüquqları məsələlərinə diqqətin artırılmasına gətirib çıxarmış təşəbbüsdür.Əxlaqi və hüquqi mülahizələr bu təşəbbüsün vacibliyini bir daha təsdiqləyir.
Şagirdlərin müxtəlifliyini nəzərə alır və bütün şagirdlərə kurikulumun məzmunu haqqında biliklər verir. İcmalar arasında fərqlər yaradan və bəzi adamlara bərabər münasibətin göstərilməsinə və ədalətli şəkildə təmsil olunmasına mane olan mədəni cahillik, fiziki əlillik, irqçilik, cinsi ayrıseçkilik, yaş ayrıseçkiliyi, homofobiya və bu qəbildən olan problemlər burada aradan götürülür.
Fikirlər hansı kurikulumun xüsusiyyətini əks etdirir?
A)İnteqrasiya olunmuş kurikulum
B)Şəxsiyyətyönümlü kurikulum
C)Əhatəli kurikulum
D)Nəticələrə əsaslanan kurikulum
E)Fənyönümlü kurikulum

  1. Uyğunsuzluq yaradan variantı müəyyən edin.
    A)Təhsil alanın idraki ünsiyyət və psixomotor fəaliyyətləri əsasında həyati bacarıqlarını inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılmasıdır-şagirdyönümlülük
    B)Fərdin cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınmasıdır-tələbyönümlülük
    C)Təhsilin məzmun komponentlərinin bir-biri ilə və həyatla sistemli şəkildə əlaqələndirilməsdir-inteqrativlik
    D)Təhsil alanların nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir-qiymətləndirmə standartları
    E)Əldə olunması nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyən edilməsidir.-nəticəyönümlülük

8.21-ci əsrin xüsusiyyətləri arasında məntiqi pozan hansıdır?
A)Tez-tez dəyişən həyat şəraiti
B)Vaxt çatışmazlığı problemlərin artması
C)İnformasiya bolluğu
D)Elm və texnikanın sürətli inkişafı
E)Virtual ünsiyyətin azalması

  1. Verilənlərdən hansı 21-ci əsrin xüsusiyyətidir?
    A)Cəmiyyətdə eyni ictimai münasibətlərin yaranması
    B)Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid
    C)Dünya təhsil sisteminə inteqrasiya
    D)Uşaqların ümumi inkişaf səviyyəsinin artması
    E)Hamısı

10.Təqdim olunan fikirlərə uyğun ümumiləşdirici söz yazın.
• Şəxsiyyət azadlığı
• Təbəqləşmə
• Hər sahədə inteqrasiya
• İnformasiya bolluğu
• Vaxt çatışmazlığı
A)Müasir dövrün prinsipləri
B)21-ci əsrin xüsusiyyətləri
C)Müasir təhsilin xüsusiyyətləri
D)20-ci əsrin xüsusiyyətləri
E)Kurikulumun tələbləri

11.Kurikulum islahatını zəruri edən səbəblərə aid deyil:
A)Cəmiyyətdə yeni münasibətlərin yaranması
B)Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid
C)Dünya təhsil sisteminə inteqrasiya
D)İnformasiya əsrinin tələbləri
E)Mövcud ümumi təhsil proqramlarınının daha da təkmilləşdirilməsi

12.Təhsil sahəsində dövlət standartlarına aid olanı seçin.
A)Təhsil sahəsində dövlət standartları fərdin cəmiyyətin dövlətin tələbatına uyğun olaraq elmi-pedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr
(5 ildən az olmayaraq)üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur.
B) Dövlət təhsil standartları təhsil sahəsində sınanmış mütərəqqi beynəlxalq meyarlar milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla müəyyən edilir.
C)Dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
D)Dövlət təhsil standartları təhsilin məzmununu idarə olunmasını maddi-texniki və tədris bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini hər bir təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirir.
E)Bütün cavablar aiddir.

13.Fikirlərdən biri uyğunluğu pozur:
A) Rəsmi kurikulum= rəsmi məktəb sistemi
B) Qeyri- rəsmi kurikulum= dram klubları, şahmat klubları
və s.
C) İnteqrasiya olunmuş kurikulum= ayrı- ayrı fənlərlə bağlı biliklər
D) Əhatəli kurikulum= kompleks, hərtərəfli
E) Nəticələrə əsaslanan kurikulum= milli xarakterli

  1. Məzmun etibarilə elm sahəsini, onun mükəmməl anlayışlar sistemini əhatə etməklə bilavasitə bu anlayışlarınmənimsənilməsinə
    istiqamətləndirilir:
    A) Şəxsiyyətyönümlü kurikulum
    B) Fənyönümlü kurikulum
    C) Rəsmi kurikulum
    D) Qeyri- rəsmi kurikulum
    E) İnteqrasiya olunmuş kurikulum
  1. Bu modeldə təlim uşaqları cəmiyyətin məhsuldar üzvlərinə çevirmək üçün lazım olan bilik və bacarıqlardan çox fənlər əsasında cəmləşir. Bu modellə bağlı bilik və təcrübəyə daha çox universitet müəllimləri malikdir və onlar fənlərin məzmunu haqqında geniş biliyə malik olsalar da çox vaxt real dünya tələbatlarını nəzərə ala bilmirlər. Nəticədə fənnin məzmunu əksər hallarda tələbata uyğun olmur.
    Kontekstə əsasən müvafiq adı seçin:
    A) Qeyri- rəsmi kurikulum
    B) İnteqrasiya olunmuş kurikulum
    C) Fənlərə əsaslanan kurikulum
    D) Milli kurikulum
    E) Əhatəli kurikulum
  1. —şagirdlərin müxtəlifliyini nəzərə alır və bütün şagirdlərə kurikulumun məzmunu haqqında biliklər verir.
    icmalar arasında fərqlər yaradan və bəzi adamlara bərabər münasibətin göstərilməsinə və ədalətli şəkildə təmsil olunmasına mane olan mədəni cahillik, fiziki əlillik irqçilik, cinsi ayri- seçkilik, yaş ayrı- seçkiliyi, homofobiya və bu qəbildən olan problemlər problemlər aradan götürülür.
    Söhbət hansı kurikulumdan gedir?
    A) Nəticələrə əsaslanan
    B) Əhatəli
    C) Fənlərə əsaslanan
    D) Milli
    E) Şəxsiyyətyönümlü
  1. “Tələbatyönümlü model” də adlandırılır:
    A) Fənlərə əsaslanan kurikulum
    B) Nəticələrə əsaslanan kurikulum
    C) Əhatəli kurikulum
    D) Milli kurikulum
    E) Heç biri
  1. Kurikulumun növləri sirasında verilə bilməz:
    A) Rəsmi kurikulum
    B) Qeyri- rəsmi kurikulum
    C) Əhatəli kurikulum
    D) Nəticələrə əsaslanan kurikulum
    E) İnkişafetdirici kurikulum
  1. Biliklərin sintezinə kömək edir. Şagirdlərin dərsdə iştirakı üçün çoxsaylı imkanlar yaradır, fərqli düşnmə tərzinin yaranmasına kömək edir.
    Mövzu haqda geniş təsəvvür formalaşdırır.
    A) Qeyri- rəsmi kurikulum
    B) Rəsmi kurikulum
    C) Əhatəli kurikulum
    D) Fənlərə əsaslanan kurikulum
    E) İnteqrasiya olunmuş kurikulum
  1. Sinifdə fənlər üzrə, fənn daxilində və siniflər üzrə ola bilər. Müxtəlif tədris üsullarını və əqli səviyyələri əhatə edir; faktlara və rəqəmlərə istinad etmədən və fənlərarası məntiqi əlaqələrə əsaslanaraq şagirdlərə anlayışları və fikirləri dərk etməkdə yardım edir:
    Fikirlər Kurikulumun hansı növünə uyğundur?
    A)Əhatəli kurikulum
    B) İnteqrasiya olunmuş kurikulum
    C) Nəticələrə əsaslanan kurikulum
    D) Fənlərə əsaslanan kurikulum
    E) Qeyri- rəsmi kurikulum

            TƏHSİL SAHƏSİNDƏ İSLAHATLAR’’ mövzusunun testlərinin cavabları

1  2345678910
A  ACDECAEEB
11  121314151617181920
E  EEBCBBEEB

1 Rəy