GÜNEL ƏLİYEVANIN ”MƏN BİR MÜƏLLİMƏM” və S”ÜRƏTLİ ÖYRƏNMƏ PROQRAMI” kitabından

Müəllimin pedaqoji bacarıqları

Müəllim dərin biliyə, yaradıcılığa malik olmaqla yanaşı, həm də öz bildiklərini şagirdlərə öyrətmək üçün pedaqoji bacarıqlara malik olmalıdır.

PEDAQOJİ BACARIQLAR:

1. TƏHSİLVERİCİ

2. TƏRBİYƏEDİCİ

3.İNKİŞAFETDİRİCİ

4. STİMULLAŞDIRICI

Mən bu mövzunu da obrazların köməkliyi ilə izah edəcəm.

  • TƏHSİLVERİCİ bacarıqdeyərkən şagirdlərə bilik, elm öyrətmə bacarığı nəzərdə tutulur.

Gəlin bir məktəb canlandıraq xəyalımızda. Məktəbdə iclas keçirilir. Direktor müəllimlərin hər birinin bacarıqlarından danışarkən bəzi məqamları xüsusilə qeyd edir. Hər bir müəllimin bir bacarığını xüsusilə diqqətə çatdırır.

O, Aydan müəllimənin təhsilverici bacarığından danışır. Aydan müəllimə dərin biliyə, erudisiyaya malikdir,daima öz üzərində çalışır,biliklərini artırırır,şagirdləri sistemləşdirilmiş biliklərlə təmin edir. Şagirdləri üçün ağıl,intellekt nümunəsidir. Şagirdləri də yaradıcılıq axtarışına sövq edir.

  • TƏRBİYƏEDİCİ bacarıq

Direktor Günay müəllimənin tərbiyəedici bacarığından danışarkən qeyd edir ki,

Günay müəllim şagirdlərinə şəxsiyyət kimi yanaşır, onlarda nəcib əxlaqi hisslər, özünəhörmət hissi formalaşdırır, şagirdləri özünütərbiyəyə cəlb edir.

  • İNKİŞAFETDİRİCİ bacarıq

Direktor Sevinc müəllimənin inkişafetdirici bacarığını diqqətə çatdırır.

Sevinc müəllimə problemi tədqiq etməyi, fərziyyələr irəli sürməyi, nəticə çıxarmağı, özünü təsdiqi, iftixar hissini aşılayır, özünəhörmət hissi bəxş edir,uşaq və gənclərin psixi inkişafın təmin edir.

  • STİMULLAŞDIRICI bacarıq

Direktor Nərgiz müəllimənin stimullaşdırıcı bacarığını xüsusi vurğulayarkən qeyd edir ki, Nərgiz müəllimə şagirdlərə stimul verir, onları öyrənməyə həvəsləndirir, müxtəlif yollarla şagirdləri təhsilə təhrik edir.Hədə- qorxu ilə öyrətmir,Şagirdlərdə maraq yaradır.

DİREKTORun nitqindən:

Əziz müəllimlər, mən məktəbimizin müəllimlərinin bəzi pedaqoji bacarıqlarını xüsusilə vurğulamaqla bu bacarıqlar haqqında sizdə geniş təsəvvür formalaşdırmaq istədim. Lakin unutmayın ki, hər bir müəllim özündə bu pedaqoji bacarıqlarını hamısını birləşdirməlidir.

Müəllimin pedaqoji qabiliyyətləri

Bu dərsimizdə müəllimin pedaqoji qabiliyyətləri haqqında öz fikirlərimi sizinlə bölüşəcəm.

Müəllimin peşə qabiliyyətləri çoxdur. Əsas pedaqoji qabiliyyətlərə daxildir:

  • AKADEMİK qabiliyyətlər
  • DİDAKTİK qabiliyyətlər
  • KONSTRUKTİV qabiliyyətlər
  • ÜNSİYYƏT (KOMMUNİKATİV) qabiliyyətlər
  • TƏŞKİLATÇILIQ qabiliyyətləri
  • PERSEPTİV qabiliyyət

İndi isə bu peşə qabiliyyətlərin hər biri ilə tanış olaq:

  • ”AKADEMİK qabiliyyət”deyərkən müəllimin dərin biliyə malik olması nəzərdə tutulur. Yəqin ki savadlı insanlar haqqında ”O lap akademikdir” deyilməsini eşitmisiniz.

Məsələn, Leyla müəllimənin akademik qabiliyyətindən danışsaq,

Leyla müəllimə: Elmi problemlərə dərin maraq göstərir, yüksək elmi hazırlıqlığı, dünyagörüşü ilə seçilir.

  • ”DİDAKTİK qabiliyyətlər”deyərkən müəllimin öyrətmə məharəti nəzərdə tutulur.

Ayşən müəllimənin yüksək intellekti, savadı var, lakin mən onun dərs öyrətmə üsulunu başa düşmürəm. Yəqin ki bu fikirləri hər biriniz eşidirsiniz. Deməli, Ayşən müəllimənin akademik qabiliyyəti var, lakin didaktik qabiliyyəti yoxdur. Günel müəllimənin isə didaktik qabiliyyəti güclüdür.

Yəni, Günel müəllimə: Elmi bilikləri yaxşı çatdırır, fikirlərin sadə aydın anlaşıqlı izah edir, öyrənənlərin fərdi xüsusiyyətlərini nəzərə alır, O, bilir ki, zəif oxuyan şagirdlə yaxşı oxuyan şagirdin öyrədilmə üsulu fərqli olmalıdır.

  • KONSTRUKTİV qabiliyyətlər

KONSTRUKTİV qabiliyyət isə müəllimin özünün və şagirdlərin fəaliyyətini layihələşdirmək, müəyyən bir strategiya ilə məqsədyönlü şəkildə öyrətmə qabiliyyətidir. Yəni, necə öyrədim ki məqsədə konkret bir istiqamətlə, yolla gedim. Səməd müəllimin konstruktiv qabiliyyətindən danışsaq,

Səməd müəllim: Özünün və şagirdlərin fəaliyyətin layihələşdirir, şagirdlərlə aparılan iş növlərini, formalarını ciddi planlaşdırır,strategiya, taktika müəyyən edir, Məqsədyönlü fəaliyyət göstərir.

  • ÜNSİYYƏT( KOMMUNİKATİV) qabiliyyətlər

Adından da məlum olduğu kimi bu qabiliyyət münasibət qurma bacarığında ifadə olunur.

Məsələn: Emin müəlliminin ünsiyyət kommunikativ qabiliyyəti güclüdür.

Hər kəslə dil tapma. Hamını öz dilində danışdırma…

Emin müəllim: Şagirdləriylə düzgün ünsiyyət yarada bilir,şagirdlərinin, həmkarlarının hörmətini qazanır, təlim- tərbiyə işində yüksək nəticə əldə edir.

  • TƏŞKİLATÇILIQ qabiliyyəti.

Bu qabiliyyət ümumilikdə şagird kollektivinin fəaliyyətini təşkil etməklə bağlıdır. Nərmin müəllimin təşkilatçılıq qabiliyyəti yüksəkdir.

O, özünün və şagirdlərinin, şagird kollektivinin fəaliyyətini təşkil edir, istiqamətləndirir,pedaqoji fəaliyyət üçün böyük əhəmiyyət daşıyır,yüksək təşkilatçılığı var.

  • PERSEPTİV qabiliyyət bu isə müəllimdən yüksək duyum tələb edən qabiliyyətdir.

Elnarə müəllimənin perseptiv qabiliyyəti güclüdür.

Elnarə müəllimə: Şagirdlərin daxili aləminə nüfuz edir,onların psixi halını, Sevinclərini, kədərlərini duyur,başqalarının halına acıyır,pedaqoji müşahidəçiliyi, pedaqoji intuisiyasıgüclüdür.

Müşahidəçilik və təcrübə intuisiya qabiliyyətinin inkişafına təkan verir. Bax bu zaman aşağıdakı qabiliyyətlər ortaya çıxır.

  • SUQQESTİV( TƏLQİNEDİCİ)- qabiliyyətlər müəllimin şagirdlərə təlqinedici qabiliyyətidir.

Sevinc müəllimə:

Şagirdlərdə inam yaradır, iradə formalaşdırır, təsir edir.

…Aygün çox ümidsiz idi, ali məktəbə qəbul olacağına inanmırdı. Sevinc müəllimə onu inandırdı. ‘’Sən bunu edə bilərsən, bacararsan’’ düşüncəsiylə ona təsir etdi. Aygün indi ali məktəbdin 4- cü kurs tələbəsidir. Müəllim olmaq arzusunun bir addımlığındadır. Elə müəlliminin sayəsində…

  • TƏDQİQATÇILIQ qabiliyyəti-pedaqoji vəziyyəti dərk etmək və ədalətlə qiymətləndirmək bcarığıdır.

Rasim müəllim:

Pedaqoji prosesləri, situasiyaları dərk edir, obyektiv (obyektiv )qiymətləndirir.

  • EKSPRESSİV qabiliyyət. Bu söz xüsusilə ədəbiyyat müəllimlərinə tanış olar. Birbaşa emosialarla bağlıdır.

Orxan müəllim:

Emosional müəllimdir, aktyorluq bacarığı var,danışarkən mövzunu duyur, hiss edir,əl- qol hərəkətləri, jest və mimikalardan istifadə edir,danışdığı mövzunu tam yaşayır və dinləyiciləri duyğulandıra bilir.

  • PEDAQOJİ TƏXƏYYÜLTəxəyyülü güclü olan insan yaradıcı insandır.

Leyla müəlimənin pedaqoji təxəyyülündən danışsaq,

Gəlin əvvəlcə bu suala cavab tapaq:

Təxəyyül nədir?

Təxəyyül-insanın qavrayışı və hafizəsi ilə bağlı təsəvvürlərin yenidən işlənməsi, yeni qaydada birləşdirilməsi əsasında yeni surətlərin yaradılmasından ibarət psixiprosesə deyilir.

Çöldə qar yağır, gözəl bir mənzərə yaranıb . Mən bu reallığı görürəm və bir az da öz yaradıcılığımla daha obrazlı edərək bu mənzərəni təxəyyülümdə canlandırıram.

Yəqin ki yaradıcı insanlar haqqında deyilən ‘’Təxəyyülü güclüdür’’ fikrini eşitmisiniz.  O, öz təlim və tərbiyə işinin nəticəsini əvvəlcədən görməyi,təsəvvür etməyi bacarır, təxəyyülü güclüdür.

  • PEDAQOJİ REFLEKSİYA-Pedaqoji refleksiya müəllimdən qiymətləndirməyi, təhlil etməyi, tənzim və təkmilləşdirməyi tələb edir.

Sahib müəllimin pedaqoji refleksiyasından danışsaq,

O, pedaqoji şəraitə nəzarət edir, onu qiymətləndirir, təhlil edir, təkmilləşdirir, inkişaf etdirir. Qeyd etmək lazımdır ki, pedaoji qabiliyyətlər müəllimin şəxsi keyifyyətləri ilə bağlıdır. Ən yaxşı müəllim isə bütün bu peşə qabiliyyətlərini özündə ehtiva edən müəllimdir.

Pedaqoji ünsiyyət və müəllimlik işinə verilən tələblər:

  Pedaqoji ünsiyyət nədir?

 Müəllimlərlə şagirdlərin təlim- tərbiyə prosesində həyata keçirdiyi ünsiyyət .

Üstünlükləri:

Uşaqların hərtərəfli inkişafı,onlar arasında sosial mühitin yaradılması, kollektivdəki sosial- psixoloji mühitin idarə edilməsi

Pedaqoji ünsiyyətin üslubları:

  • Avtoritar və avtokratik-müəllimin rəhbərliyinə əsaslanan
  • Laqeyd üslub-belə müəllimlər şagirdlərin işinə qarışmamağa çalışır, neytrallığa can atır.
  • Demokratik xarakterli müəllim-şagirdlərə şəxsiyyət kimi, hörmətlə yanaşır, müstəqlilliyi boğmur.

Müəllim necə olmalıdır?   

  • TəvazökarYox, mən dahi deyiləm sizin övladınız özünəinamı sayəsində ali məktəbə qəbul olub.
  • Özünə qarşı tələbkar Mən bir müəlliməm, həmişə özüməqarşı tələbkar olmalıyam.

      Geyimim , səliqəm, davranışım, məsuliyyətim….

  • Humanist-Uşaqlar, siz yer üzünün ən ali dəyərisiniz.
  • Öz işində möhkəm və təmkinli-Müəllim şagirdlərin hərəkətlərindən inciməməli, hər şeydən ötrü əsəbləşməməlidir. Təmkinli insan Tanrının ən xoşbəxt bəndəsi deyilmi? Belə insanlar hər kəslə yola gedir, mehriban və gülərüzdürlər.
  • Qayğıkeş-Dərsdə Lalənin qəmli oturduğunu görən müəllim dərs bitən kimi onunla fərdi söhbət aparır. Səbəb soruşur. Maraqlanır. Qayğısına qalır.
  • Ədalətli-Murad sən sualıma elə düşündürücü cavab verdin ki… Mən bunu yüksək qiymətləndirirəm.(Halbuki o zəif oxuyan şagirddir). Ədalətli insan ötüb keçənlərə görə deyil bu günkü vəziyyətə davranışa görə qiymət verən insan deyilmi?
  • Tələbkar
  • Peşəkar müəllim həm də yumora malik olmalıdır.
  • Müəllim pedaqoji takt işlətməyi bacarmalıdır
  • Və ən əsası öz peşəsinə sevgi