MÜƏLLİF: GÜNEL ƏLİYEVA

Əyləncəli və sadə kurikulum izahı

Təlimçi ilə əlaqə: 050 473 12 99 whatsapp

Bu il imtahanda salınacaq yeni mövzulardan biri də ‘’Jan Piajenin koqnitiv inkişaf nəzəriyyəsi’’dir.

Jan Piajenin ‘’ Koqnitiv inkişaf nəzəriyyəsi’’ Sensomotor mərhələnin sadə dillə izahı

Jan Piaje uşaqların psixologiyasına ən ciddi yanaşan şəxslərdən biri idi.

O hesab edirdi ki, uşaqların inkişafı üçün onların aktiv fəaliyyəti ön planda olmalıdır.

Piajeyə görə, uşaq dünyanı passiv şəkildə qavrayan deyil, məlumatı əldə etməkdə aktiv rola sahibdir.

“Uşaqlar yalnız öz kəşf etdikləri şeyləri həqiqi mənada qavraya bilərlər.  Onlara nəyisə tələsik öyrətməyə cəhd etdiyimizdə bu şeyləri onların özlərinin  kəşf etməsinə mane olmuş oluruq”.

Piajeyə görə koqnitiv inkişafın 4 mərhələsi var:

1.Sensomotor mərhələ-0-2 yaş

2.Əməliyyatöncəsi mərhələ 2-7 yaş

3.Konkret əməliyyatlar mərhələsi-7-11 yaş

4.Mücərrəd əməliyyatlar mərhələsi 11+

Sensomotor mərhələni sadə dillə izah etsək ,sense –‘’duyğu ‘’,’’hiss’’ deməkdir ,motor isə ‘’hərəkətlilik’’ mənasını ifadə edir.Yəni, bu yaş dönəmində olan uşaqlar dünyanı duyğularının və hərəkətliliyinin nəticəsində qavrayır.

Bu mərhələni xarakterizə edən isə refleksiyalardır.

İlkin refleksiyalar-yaşam boyu davam edən refleksiyalar(öskürmə, asqırma kimi)

Sensomotor mərhələdə olan uşaqlarda refleksiyalardan başqa isə məqsədli davranışların da olduğunu qeyd etməliyik.

Məqsədli davranış nədir?

Nümunə ilə izah edək:

Murad ağlayır, çünki o süd içmək istəyir.

Yenə Murad ağlayır, çünki o oynamaq istəyir(öz oyuncağıylamı? yox ,tozsoranla)

Bəs indi Murad nə istəyir?

Yox ,bu dəfə heç özü də bilmir nə istəyir.

Refleksiyalarla məqsədli davranışlar arasında isə dövri reaksiyalar olur.

1-ci dövri reaksiyalar-əlini saçına vurur(öz bədənini tanıma)

2-ci dövri reaksiyalar-əlindəki oyuncağı stola çırpır(əli ilə çevrəni tanıma)

3-cü dövri reaksiyalar-qaşığı boşqaba vurur(çevrəni əşyalarla tanıma)

Bəs dövri reaksiyalardan sonra hansı mərhələlər gəlir?

Özünü cəmiyyətdən təcrid etmə(Murad güzgüyə baxır, artıq onda zehinsəl ,(zehni )inkişaf getdiyi üçün özünə valeh olur,’’ mən hamıdan yaraşıqlıyam’’- deyə düşünür, özünü kəşf edir. Bir az da eqoist olur).

Passiv gözləmə-Bu mərhələdə Murad elə bilir ki, anası onun əlindən aldığı top bir də geri qayıda bilməz. Getdisə getdi. O qatarın dalınca baxma…

Əşya davamlılığı-İndisə artıq Murad başa düşür ki ,anası topu gizlədib ki, Murad yatsın, o top qayıda bilər. Qoy bir az da ağlayım, anam topu qaytarsın. Gözünün ağı-qarası bir oğluyam, xətrimə dəyməyəcək ki bir topdan ötrü!

Səs bulaşması-Xalası Muradı parka aparıb. Murad parkdakı balaca Mələyin ağladığını görür. Mələk də yaman ərköyünlük edir .

Anası da onu sakitləşdirməyə çalışır ki, qızım, bu yelləncək böyüklər üçündür . Olmaz.

-Olarrrrrrr, ana, mən də o yelləncəyə minmək istəyirəm.

Hə, indisə Mələk yalan oldu, Murad gerçək.

-Ay bala, sənə də mi səs bulaşdı?

İndi gəl bacarırsan ,Muradı sakitləşdir.

Təqlid-Oyna ,Murad ,bax mən gör necə oynayıram.

Qışda, şaxtada, buzda,

Günəş çimir hovuzda

Qoy gətirim ləyəni,

Su tök yuyundur məni,

Ay ana, böyüyəndə

Günəş olaram mən də.

Murad uşaq mahnılarına oynamır, deyəsən, o öz aləmində böyüyüb.

Yaxşı mahnını dəyişək. Tərəkəmə.

İndi Murad atasının hərəkətlərini təkrar edir, bu hava uşağın lap sümüyünə düşüb.

Ertələnmiş təqlid

Murad, əl elə bax gör orda kim var.

Banu, Banuya əl elə.

Banu getdi artıq. Murad isə əl etmədi.

Axşam Banu yenidən qonaq gəlib.

Murad Banuya əl edir.

Küsmə Banu , Murad hələ balacadır.

 Bax bu da gecikmiş, ertələnmiş təqliddir.

1 Rəy