2021-ci ilin ikinci KURİKULUM sınağı -Müəllif:Günel Əliyeva

Müəllimlərin İşə Qəbulu, Sertifikasiya imtahanlarına hazırlaşanlar üçün

2021-ci ilin ilk Kurikulu  sınağını MSİ 2(Mövzu Sınaq İmtahanı 2) təqdim edirik.

TN-liyin Kurikulum üzrə Qiymətləndirmə çərçivəsinə uyğun

Sualları Kurikulum üzrə mütəxəssis Günel Əliyeva tərtib edib.

Əlaqə:( 050) 592 33 61 whatsapp

Günel Əliyevanın ‘’Maksimum 10000 Kurikulum test’’ kitabı əsasında

1.Yeni bir əlaqəli və funksional varlığın yaradılması üçün elementləri birləşdirmək, ümumiləşdirmə, planlaşdırma və quraşdırma vasitəsilə elementlərin yenidən təşkili əsasında yeni model və ya strukturun yaradılması. İstifadəçilər üçün hər hansı yeni və ya fərqli forma və məhsulun yaradılması məqsədilə hissələrin necə yeni yollarla birləşdirilməsi və ya hissələrin sintezinin həyata keçirilməsi üzrə yeni təlimatların hazırlanması.

Fikirlər Taksonomiyanın reviziyasında hansı səviyyəyə aiddir?

A)Sintez

B)Yaratmaq

C)Dəyərləndirmək

D)Yadda saxlamaq

E)Tətbiq etmək

Günel Əliyevanın ‘’Maksimum 10000 Kurikulum test’’ kitabı əsasında

2.Təlim strategiyalarına aid olmayanı seçin:
A) Fənn üzrə təlimin təşkilinə verilən əsas tələblərin təsviri
B) Forma və üsulların təkmilləşdirilməsi barədə tövsiyələr
C) Müəllimin təlim fəaliyyətini planlaşdırmasına dair nümunələr
D) Əsas qiymətləndirmə növləri
E )Məzmun standartlarının şərhi

Günel Əliyevanın ‘’Maksimum 10000 Kurikulum test’’ kitabı əsasında

3. Gülşən çoxlu suallar verir, danışmağı, oxumağı, yazmağı xoşlayır, yaxşı lüğətə malikdir, bir neçə xarici dildə sərbəst danışır.
Məzmuna əsasən Gülşənin qabiliyyətini müəyyən edin:

A) Linqvistik qabiliyyət
B)Riyazi qabiliyyət
C) Fərdlərarası qabiliyyət
D)Vizual qabiliyyət
E) Fərddaxili qabiliyyət

Günel Əliyevanın ‘’Maksimum 10000 Kurikulum test’’ kitabı əsasında

4.3.1.1″Müxtəlif yazı formalarını(ifadə, inşa, hekayə) fərqləndirir”alt standartının bilik və fəaliyyət kateqoriyasını seçin:
A)Deklarativ, idraki
B)Prosedural, ünsiyyət
C)Deklarativ, psixomotor
D)Prosedural, idraki
E)Kontekstual, psixomotor

Günel Əliyevanın ‘’Maksimum 10000 Kurikulum test’’ kitabı əsasında

5. Kurikulumun tərifinin düzgün və ən əhatəli verildiyi variantı seçin:
A) Təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı mühüm məsələləri əks etdirən konseptual sənəddir.
B) Təhsil proqramı(kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədi.
C) Ayrı- ayrı fənlərin bütövlükdə xüsusiyyətlərini əks etdirir.
D) Milli kurikulumlar ümumi ölkə səviyyəsində qəbul olunmaqla geniş miqyasda tətbiq edilir.
E) İnteqrativ məzmunu ilə seçilməklə, hərtərəfli şəxsiyyətin formalaşdırılmasında müstəsna əhəmiyyət kəsb edir.

Günel Əliyevanın ‘’Maksimum 10000 Kurikulum test’’ kitabı əsasında

6. İdrak taksonomiyasının qiymətləndirmə səviyyəsinin spesifik təlim nəticələrini seçin.
A)Müəyyən edir, təsvir edir, sadalayır, sıralayır, seçir.
B)Fərqləndirir, izah edir, nümunələr gətirir.
C)Ayırır, hissələrə bölür, əlaqələndirir, müəyyən edir.
D)Yaradır, tərtib edir, yazır, nitq edir.
E)Müqayisə edir, qarşılaşdırır, mühakimə yürüdür.

Günel Əliyevanın ‘’Maksimum 10000 Kurikulum test’’ kitabı əsasında

7. Biri məntiqi uyğunluğu pozur.
A)Tətbiq- Dəyişir, hesablayır, istifadə edir, nümayiş etdirir.
B)Təhlil- ayırır, hissələrə bölür, əlaqələndirir, müəyyən edir.
C)Sintez- Yaradır, tərtib edir, yazır, nitq edir.
D)Qiymətləndirmə- müqayisə edir, qarşılaşdırır, mühakimə yürüdür.
E)Qavrama- müəyyən edir, təsvir edir, sadalayır, sıralayır, seçir.


Günel Əliyevanın ‘’Maksimum 10000 Kurikulum test’’ kitabı əsasında

8. Məzmun etibarilə elm sahəsini, onun mükəmməl anlayışlar sistemini əhatə etməklə bilavasitə bu anlayışların mənimsənilməsinə istiqamətləndirilir. Belə kurikulumların keyfiyyətində biliklərin həcmi və miqdarı əsas rol oynayır. Bütün praktik bacarıqların yerinə yetirilməsində məqsəd biliklərin möhkəmliyini, davamlılığını artırmağa xidmət göstərməkdən ibarət olur. Praktik əhəmiyyət daşıyan bacarıq, vərdiş və qabiliyyətlər arxa plana keçir,  fənnin elmi potensialı artır, məlumatlıq səviyyəsi çoxalır. Şagirdlər özlərinə praktik cəhətdən lazım olmayan fundamental bilikləri öyrənmək məcburiyyətində qalırlar.

Kontekstə əsasən söhbətin hansı kurikulumdan getdiyini müəyyən edin.

A)Nəticələrə əsaslanan kurikulum

B)Fənlərə əsaslanankurikulum

C)Fənyönümlü kurikulum

D)İnteqrasiya olunmuş kurikulum

E)Əhatəli kurikulum

Günel Əliyevanın ‘’Maksimum 10000 Kurikulum test’’ kitabı əsasında

9.Biri məntiqi pozur:

  • 1.Fənn üzrə təlimin təşkilinə verilən əsas tələblərin təsviri
  • 2 .Forma və üsulların təkmilləşdirilməsi barədə tövsiyələr
  •  3. Müəllimin təlim fəaliyyətini planlaşdırmasına dair nümunələr
  • 4.Məzmun standartlarının şərhi
  •  5.Fəaliyyət xətti

       A)1

       B)2

C)3

D)4

E)5

Günel Əliyevanın ‘’Maksimum 10000 Kurikulum test’’ kitabı əsasında

10. Bu mərhələdə fərd davranışlarını nəzarətdə saxlayan və həyat tərzini müəyyənləşdirən dəyərlər sisteminə malikdir.

Fikirlər Emosional-affektiv ünsiyyət taksonomiyasının hansı səviyyəsinə aiddir?

A)Məqbul saymaq

B)Reaksiya vermək

C)Dəyərləndirmək

D)Dəyər  və dəyərlər sistemini xarakterizə etmək

E)Təşkil etmək

Günel Əliyevanın ‘’Maksimum 10000 Kurikulum test’’ kitabı əsasında

11.Bu üsul1953-cü ildə Amerika psixoloqu A.Obsorn tərəfindən ideyaların yaradılması, məsələlərin həlli vasitəsi kimi təklif edilmişdir.

Üsulun tətbiqinə maksimum 10-15 dəqiqə sərf olunur.

Hazırlanmış sual lövhədə yazılır.

Yaxud şifahi şəkildə şagirdlərin diqqətinə çatdırılır.

Şagirdlər suallara əsasən fikirlərini bildirirlər.

Bütün ideyalar şərhsiz və müzakirəsiz yazıya alınır.

Aparıcı ideyalar yekunlaşdırılır.

Şagirdlər söylənilmiş fikirləri təhlil edir, qiymətləndirir.

Kontekstə uyğun olan üsulu seçin.

     A) BİBÖ

     B) Əqli hücum( Beyin həmləsi) 

     C) Auksion

     D) Sinektika

E) Söz assosiasiyaları

Günel Əliyevanın ‘’Maksimum 10000 Kurikulum test’’ kitabı əsasında

12.Metakoqnitiv bilik————————A) Müəyyən fənlər üzrə məlumat xarakteri biliklərdir.Bunların sırasna daxildir: mühüm anlayışlar və faktlar, terminologiya və təriflər, hər hansı bilik sahəsini dərk etmək və problemləri həll etmək üçün vacib olan məlumatlar.

B) İdrak prosesinin gedişatına və dərketmə qabiliyyətinin refleksiyasına və dərk edilməsinə kömək edən biliklərdir. Bunların sırasına problemin həlli və idrak məsələlərinin necə həyata keçirilməsi haqqında strateji və ya reflektiv biliklər, idrak prosesi haqqında təsəvvürlər daxildir.

C) Hər hansı fənn və ya bilik sahəsində fəəaliyyətin icrasına dair prosedur qaydaları əhatə edən biliklərdir. Bunların sırasına tədqiqat, araşdırma, və tətbiqetmə metod və texnikaları, alqoritmlər, xüsusi metodologiyalar daxildir.

D) Bunların sırasına müəyyən bilik sahəsinə uyğun faktları ümumiləşdirən təsnifatlar, prinsiplər, ümumiləşdirmələr,nəzəriyyələr, modellər ,strukturlar daxildir.

E)Deklorativ və prosedural biliyin əsasında qurulan problemin həll edilməsi yolu ilə yaranan yeni bilikdir.

Günel Əliyevanın ‘’Maksimum 10000 Kurikulum test’’ kitabı əsasında

13.Təqdim olunan açar sözlər İdrak taksonomiyasının hansı səviyyəsini əks etdirir?

  • qərar çıxar
  • seç
  • ranq üzrə qiymətləndir
  • ayır
  • qiymət ver
  • həqiqəti müəyyən et

A)Bilik

B)Anlama

C)Tətbiq

D)Təhlil

E)Qiymətləndirmə

Günel Əliyevanın ‘’Maksimum 10000 Kurikulum test’’ kitabı əsasında

14.Taksonomiyaya aid olanlar arasında məntqi pozan hansıdır?

  • 1.Təmin edir.
  • 2.Əminlik yaradır.
  • 3.Modelini yaradır.
  • 4.Keyfiyyətini aşağı salır.
  • 5.Yardım edir.
  • 6.Təmin edir.

        A)2

B)4

C)3

D)5

E)6

Günel Əliyevanın ‘’Maksimum 10000 Kurikulum test’’ kitabı əsasında

15.İdrak taksonomiyasının səviyyələrinin spesifik təlim nəticələrini uyğunlaşdırın.
1.Qavrama
2.Tətbiq
3. Təhlil
4. Sintez
a)Fərqləndirir, izah edir, nümunələr gətirir.
b)Yazır, yaradır, nitq edir,tərtib edir.
c)Dəyişir, hesablayır, istifadə edir, nümayiş etdirir.
d)Ayırır, hissələrə bölür, əlaqələndirir, müəyyən edir.
A)1-b; 2-c; 3- a; 4-d
B)1-c; 2-a; 3-d ;4-b
C)1-d; 2-a; 3- c; 4-b
D)1-a; 2-c; 3-d; 4- b
E) 1-a; 2-d; 3-c; 4- b

Günel Əliyevanın ‘’Maksimum 10000 Kurikulum test’’ kitabı əsasında

16. Təqdim olunan fikirlərə müvafiq başlıq seçin.

1. Təlim məqsədlərinin əlaqəliliyini və əhatəliliyini təmin edir.

2.Təlim məqsədlərinina ardıcıllığını təmin edir.

3.Təlimin konqruyentliyinə əminlik yaradır.

4.Düşünmənin strukturunu təmin edir.

5.Təlimin modelini təmin edir.

6 .Təlimin keyfiyyətini yüksəldir.

7.Taksonomiyalardan istifadə düzgün test tapşırıqlarının tərtibinə şərait yaradır.

8 .Təlimin problemlərinin diaqnostikasını aparmağa yardım edir.

9.Təlimin fərdiləşdirilməsini təmin edir.

A)Taksonomiyadan yararlanmağın yolları

B)Taksonomiyanın əhəmiyyəti

C)Taksonomiyanın quruluşu

D)Taksonomiyanın mahiyyəti

E)Taksonomiyanın təşkili

Günel Əliyevanın ‘’Maksimum 10000 Kurikulum test’’ kitabı əsasında

17.Verilənlərdən biri uyğunluğu pozur:
A) Müəllimin əsas funksiyası şagirdlərə məlumatlar çatdırmaq
və onun mənimsənilməsi üçün şərait yaratmaqdır.
B) Müəllim şagird münasibətlərində avtoritar üslub üstündür.
C )Dərs tədris fənni çərçivəsi ilə məhdudlanır.
D) Dərs, demək olar, həmişə adi qaydada keçirilir.
E) Şagirdlər təlim prosesinin mərkəzində dayanır.

Günel Əliyevanın ‘’Maksimum 10000 Kurikulum test’’ kitabı əsasında

18.Şagird tədqiqatçı, müəllim fasilitator mexanizmini əks etdirmir:
A) Şagird gücü çatdığı məsələlər və problemlərlə üzləşərkən bunları müstəqil tədqiqat prosesində həll edir.
B) Şagirdlər biliklərin mənimsənilməsi prosesinin başlıca simasına çevrilir.
C) Müəllim biliklərin qazanılması yolunda bələdçidir.
D) Fasilitatorun mövqeyi, onun əsas funksiyası düşüncəni inkişaf etdirmək və onu lazımi məcraya yönəltməkdən ibarətdir.
E) Müəllim əsas bilik mənbəyi kimi çıxış edir.

Günel Əliyevanın ‘’Maksimum 10000 Kurikulum test’’ kitabı əsasında

19.Görkəmli rus psixoloqu müasir pedaqoji psixologiyanın banilərindən biri olan

L .S. Vıqotskinin nəzəriyyəsinə görə, təlim inkişafı qabaqlamalı, uşağın-qarşıdakı(yaxın)inkişaf zonasına yönəlməlidir. Bu inkişaf zonasında uşağn potensial imkanları mərkəzləşib, onları aktuallaşdırmaq üçün xüsusi təlim şəraiti yaradılmalıdır. Buna nail olmaq üçün şagirdlərə imkanlarına uyğun, lakin bir qədər mürəkkəb tapşırıqları müstəqil həll etmək təklif edilməlidir. Eyni zamanda müəllim və digər böyüklər suallar verməklə onları problemin həllinə istiqamətləndirməlidirlər.

Kontekstə əsasən müasir təlimin prinsipinin adını müəyyən edin.

A)Şəxsiyyətə yönəlmiş təlim prinsipi

B)Fəal idrak təlim prinsipi

C)Qabaqlayıcı təlim prinsipi

D)Təlim-tərbiyə sisteminin çevikliyi prinsipi

E)İnkişafedici təlim prinsipi

Günel Əliyevanın ‘’Maksimum 10000 Kurikulum test’’ kitabı əsasında

6.Bu üsulun tətbiqində əsas məqsəd dəlil və sübutların köməyi ilə üçüncü tərəfi öz mövqeyinin düzgünlüyünə inandırmaqdır.
Diskussiyanın yalnız bir- birinə etiraz edən tərəflərin arasında keçirildiyi mübahisə ,müzakirə, mübadilə kimi məlum formalarından fərqli olaraq, bu üsul üçüncü tərəfi inandırma prosesini nəzərdə tutur.
Söhbət hansı təlim üsulundan gedir?
A)Diskussiya
B)Debat
C)Akvarium
D)Auksion
E)Klassik dialoq

KURİKULUM Mövzu SINAQ 2-nin cavabları

1.B

2.D

3.A

4.D

5.B

6.E

7.E

8.C

9.E

10.D

11.B

12.B

13.E

14.B

15.D

16.A

17.E

18.E

19.E

20.B

=========Sınaq imtahanından topladığınız nəticəni , çətinlik çəkdiyiniz testləri elə bu sınağın rəy bölməsinə yerləşdirməyi unutmayın. Hər gün yeni sınaqlar , xəbərlər üçün www.guneleliyeva.info.az saytını izləməyi ,sınağı bəyəndinizsə paylaşmağı unutmayın.

Təlimçi Günel Əliyeva ilə əlaqə: 050-592-33-61 whatsapp

  1. Mən bu il ilk dəfədir hazırlaşıram heç bir məlumatım yoxdur yeni başlamışam və bilmək istəyirəm kurrikulumdan hansı kitabı oxumaq yaxşı olar.Deyirlər TAİM oxunmalıdır xais edirəm köməklik edə bilərsiniz

  2. Salam.4cu sualda variantlarin hec biri duzgun deyil.orda cavab olmali idi “konseptual,idraki”ancaq ele bir cavab yoxdur..ifade insa hekaye bu idraki fealiyyetdir.ferqlendirme ise konseptual bilikdir

  3. 5ci sualda B götürdüm.düz çıxdı. Ama kitablarda araşdıraraq belə nəticəyə gəldim ki cavab A olmalıdır.niyə B götürülür? Suaıda “Əhatəli cavabı seçmək” tələb olunduğu üçün? Əslində Kurikulumun tərifi əksər mənbələrdə A variantı kimi verilib. B isə Milli kurikulumun tərifi və ya izahı olaraq verilir.