İnnovativ Təlim Akademiyası

İmtahanda uğurlar!

2021-ci ilin İLK KURİKULUM sınağı-Müəllif:Günel Əliyeva

Müəllimlərin İşə Qəbulu, Sertifikasiya imtahanlarına hazırlaşanlar üçün

2021-ci ilin ilk Kurikulu  sınağını MSİ 1(Mövzu Sınaq İmtahanı 1) təqdim edirik.

TN-liyin Kurikulum üzrə Qiymətləndirmə çərçivəsinə uyğun

Sualları Kurikulum üzrə mütəxəssis Günel Əliyeva tərtib edib.

Əlaqə:( 050) 592 33 61 whatsapp

Günel Əliyevanın ‘’Maksimum 10000 Kurikulum test’’ kitabı əsasında

1.Cədvələ hansı söz yazılmalıdır?

1. Ümumi təlim nəticələri 2. Məzmun xətləri 3. Məzmun xətləri üzrə təlim nəticələri 4. Məzmun standartları 5. İnteqrativlik 6. ===========================

A)Fənn üzrə təlimin təşkilinə verilən əsas

tələblərin təsviri

B)Məzmun standartlarının şərhi

C)Fəaliyyət xətti

D)Əsas qiymətləndirmə növləri

E)Qiymətləndirmə standartları

Günel Əliyevanın ‘’Maksimum 10000 Kurikulum test’’ kitabı əsasında

2.1990-cı ildə geniş bərabərlik və sosial ədalətin inkişafı ilə bağlı olan və ictimai təşkilatlarda İnsan Hüquqları məsələlərinə diqqətin artırılmasına gətirib çıxarmış təşəbbüsdür.Əxlaqi və hüquqi mülahizələr bu təşəbbüsün vacibliyini bir daha təsdiqləyir.

Şagirdlərin müxtəlifliyini nəzərə alır və bütün şagirdlərə kurikulumun məzmunu haqqında biliklər verir. İcmalar arasında fərqlər yaradan və bəzi adamlara bərabər münasibətin göstərilməsinə və ədalətli şəkildə təmsil olunmasına mane olan mədəni cahillik, fiziki əlillik, irqçilik, cinsi ayrıseçkilik, yaş ayrıseçkiliyi, homofobiya və bu qəbildən olan problemlər burada aradan götürülür.

Fikirlər hansı kurikulumun xüsusiyyətini əks etdirir?

A)İnteqrasiya olunmuş kurikulum

B)Şəxsiyyətyönümlü  kurikulum

C)Əhatəli kurikulum

D)Nəticələrə əsaslanan kurikulum

E)Fənyönümlü kurikulum

Günel Əliyevanın ‘’Maksimum 10000 Kurikulum test’’ kitabı əsasında

3.Elşən bu gün ana haqqında şeir deyəcək.
O, əvvəlcə şeirin mənasını dərk etməlidir-idrak;
Şeirə münasibəti olmalıdır- ünsiyyət;
Jestika və əl -qol hərəkətləri, mimika ilə söyləyərək şeiri ifadəli etməlidir-psixomotor( hərəki)
Bu müqayisəni Kurikulumun hansı prinsipinə aid etmək olar?
A) Şagirdyönümlülük
B)Şəxsiyyətyönümlülük
C) Tələbyönümülülük
D) İnteqrativlik
E) Nəticəyönümlülük

Günel Əliyevanın ‘’Maksimum 10000 Kurikulum test’’ kitabı əsasında

4.Tanımaq, qaydanı izah etmək, nümunə göstərmək, istifadə etmək, təhlil etmək, müqayisə etmək, dəyərləndirmək.

Təqdim olunan anlayışlar hansı fəaliyyət növünə aiddir?

A)İdraki

B)Kontekstual

C)Prosedural

D)Metakoqnitiv

E)Faktoloji

Günel Əliyevanın ‘’Maksimum 10000 Kurikulum test’’ kitabı əsasında

5.Albert Eynşteyn deyirdi: “Hər kəs dahidir, ancaq sən balığı ağaca çıxa bilməmək qabiliyyətinə görə tənqid etsən, o, ömrü boyu özünün qabiliyyətsiz olduğuna inanaraq yaşayacaq”. 

O bu fikri ilə demək istəyirdi ki….

A)Şagirdlərin fərqli qabiliyyətlərini üzə çıxararaq, onların marağını nəzərə alıb düzgün istiqamətləndirmək çox vacibdir.

 B)Tənqid edən şəxs başqalarının tənqidə başlamasına qapı açar; dedi-qodu və qeybətin artmasına səbəb olar.

C)Qabiliyyət– şəxsiyyətin müəyyən fəaliyyət sahəsinə daha çox yararlı olduğunu göstərən, müəyyən işi müvəffəqiyyətlə icra etməsi üçün subyektiv şərt olan fərdi psixi xüsusiyyətdir.

D)İnsanlarda ruh yüksəkliyi yaratsan, o özünə inanar və ən çətin işin də öhdəsindən asanlıqla gələr.

E)İnamla başlayan bütün cümlələr gözəldir.

Günel Əliyevanın ‘’Maksimum 10000 Kurikulum test’’ kitabı əsasında

6. Uyğunsuzluq yaradan variantı müəyyən edin.

  A)Təhsil alanın idraki ünsiyyət və psixomotor fəaliyyətləri əsasında həyati bacarıqlarını inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılmasıdır-şagirdyönümlülük
  B)Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınmasıdır-tələbyönümlülük  
C)Təhsilin məzmun komponentlərinin bir-biri ilə və həyatla sistemli şəkildə əlaqələndirilməsdir-inteqrativlik  
D)Təhsil alanların nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir-qiymətləndirmə standartları  
E)Əldə olunması nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyən edilməsidir-nəticəyönümlülük  

Günel Əliyevanın ‘’Maksimum 10000 Kurikulum test’’ kitabı əsasında

7. Kurikulumun tərifinin düzgün və ən əhatəli verildiyi variantı seçin:
A) Təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı mühüm məsələləri əks etdirən konseptual sənəddir.
B) Təhsil proqramı(kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədi.
C) Ayrı- ayrı fənlərin bütövlükdə xüsusiyyətlərini əks etdirir.
D) Milli kurikulumlar ümumi ölkə səviyyəsində qəbul olunmaqla geniş miqyasda tətbiq edilir.
E) İnteqrativ məzmunu ilə seçilməklə, hərtərəfli şəxsiyyətin formalaşdırılmasında müstəsna əhəmiyyət kəsb edir.

Günel Əliyevanın ‘’Maksimum 10000 Kurikulum test’’ kitabı əsasında

8.Şəxsiyyətyönümlülük nədir?
A) Təhsil alanın idraki, ünsiyyət və psixomotor fəaliyyəti əsasında həyati bacarıqlarını inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılması
B)Təhsil sahəsində fəaliyyətin təhsilalanların maraq və tələbatlarının ödənilməsinə, potensial imkanlarının inkişafına xidmət etməsidir.
C) Təhsil alanların nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir.

D) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınmasıdır.
E) Təhsilin məzmun komponentlərinin bir biri ilə və həyatla sistemli şəkildə əlaqələndirilməsidir.

Günel Əliyevanın ‘’Maksimum 10000 Kurikulum test’’ kitabı əsasında

9.Daimi təhsil tələbatını stimullaşdıran həyatı boyu öyrənmək bacarıq və istəyini həyata keçirən kompetensiyalardır.

A)Müstəqil öyrənmə kompetensiyaları

B)Təhsil kompetensiyaları

C)Dünyagörüş kompetensiyaları

D)Xarici dil kompetensiyaları

E)Məlumatlılıq kompetensiyaları

Günel Əliyevanın ‘’Maksimum 10000 Kurikulum test’’ kitabı əsasında

10. Bu modeldə təlim uşaqları cəmiyyətin məhsuldar üzvlərinə çevirmək üçün lazım olan bilik və bacarıqlardan çox fənlər əsasında cəmləşir. Bu modellə bağlı bilik və təcrübəyə daha çox universitet müəllimləri malikdir və onlar fənlərin məzmunu haqqında geniş biliyə malik olsalar da çox vaxt real dünya tələbatlarını nəzərə ala bilmirlər. Nəticədə fənnin məzmunu əksər hallarda tələbata uyğun olmur.

Kontekstə əsasən müvafiq adı seçin:
A) Qeyri- rəsmi kurikulum
B) İnteqrasiya olunmuş kurikulum
C) Fənlərə əsaslanan kurikulum
D) Milli kurikulum
E) Əhatəli kurikulum

Günel Əliyevanın ‘’Maksimum 10000 Kurikulum test’’ kitabı əsasında

11.Kurikulum islahatını zəruri edən səbəblərə aid deyil:

A)Cəmiyyətdə yeni münasibətlərin yaranması

B)Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid

C)Dünya təhsil sisteminə inteqrasiya

D)İnformasiya əsrinin tələbləri

E)Mövcud ümumi təhsil proqramlarınının daha da təkmilləşdirilməsi

Günel Əliyevanın ‘’Maksimum 10000 Kurikulum test’’ kitabı əsasında

12. Verilən intellekt tiplərindən hansına aid edilən açar sözlər məntiqi pozur?

  • Riyazi(məntiqi)=səbəblər sistemi, təfəkkür
  • Vizual(məkan)=şüur, təsvir
  • Naturalist=bitki ,heyvan , təbiət
  • Kinestetik=yaxşı müvazinət
  • Linqvistik=jestika, qeyri-verbal

A)Riyazi(məntiqi)

B)Vizual(məkan)

C)Naturalistik

D)Kinestetik

E)Linqvistik

Günel Əliyevanın ‘’Maksimum 10000 Kurikulum test’’ kitabı əsasında

13. Metakompetensiyaya aid olanları seçin.

  • Ana dilində ünsiyyət
  • Xarici dillərdə ünsiyyət
  • Tənqidi təfəkkür
  • Təşəbbüskarlıq
  • Riskin qiymətləndirilməsi
  • Sosial və vətəndaşlıq

A)Ana dilində ünsiyyət, Tənqidi təfəkkür

B)Təşəbbüskarlıq, sosial və vətəndaşlıq

C)Riskin qiymətləndirilməsi ,xarici dillərdə ünsiyyət

D)Tənqidi təfəkkür, təşəbbüskarlıq, riskin qiymətləndirilməsi

E)Ana dilində ünsiyyət, xarici dillərdə ünsiyyət

Günel Əliyevanın ‘’Maksimum 10000 Kurikulum test’’ kitabı əsasında

14.Mürəkkəb psixi xüsusiyyətlər kimi insanın həyat prosesində formalaşır psixoloji səciyyəsinə görə vasitəli xarakter daşıyır:

A)Dəyərlər

B)Əlamətlər

C)Keyfiyyətlər

D)Vərdişlər

E)Ənənələr

Günel Əliyevanın ‘’Maksimum 10000 Kurikulum test’’ kitabı əsasında

15.Fəaliyyət xətti nədir və o şagirdə necə kömək edə bilər?

A)Fəaliyyət xətti məzmun xətlərində əks olunan biliklərin əldə edilməsində şagirdə praktik imkan yaradır.

B)Təlimin məzmununun davamlı inkişafını təmin edir.

C)Bütün növ qiymətləndirilmənin aparılmasını təmin edir.

D)Təlim strategiyalarının düzgün seçilməsində mühüm rol oynayır.

E)Summativ qiymətləndirmənin aparılmasını təmin edir.

Günel Əliyevanın ‘’Maksimum 10000 Kurikulum test’’ kitabı əsasında

16.Uyğunsuzluq yaradan hansıdır?

A)Müstəqil öyrənmə= əsas kompetensiya  B)Riskinqiymətləndirilməsi=

metokompetensiya 

C) Xarici dillərdə ünsiyyət= əsas kompetensiya

D) Problemlərin həlli= əsas kompetensiya

E) Yenilik və sahibkarlıq hissi= əsas kompetensiya

Günel Əliyevanın ‘’Maksimum 10000 Kurikulum test’’ kitabı əsasında

17.Yanlış olanı müəyyən edin.

A)1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir(Standart).

B)1.1.1. Danışanın fikrini verdiyi suallar əsasında aydınlaşdırır(Alt-standart).

C)2.2. Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir .(Standart).

D)2.2.2. Tələffüz qaydalarını gözləməklə mətni oxuyur(Standart).

E)4.1. Dil qaydalarını mənimsədiyini nümayiş etdirir.(Standart)

Günel Əliyevanın ‘’Maksimum 10000 Kurikulum test’’ kitabı əsasında

18. ‘’1.1.3. İnformasiyadan istifadə üsullarını sadə formada izah edir’’.
Verilmiş standartın feil hissəsinin hansı kateqoriyaya aid olduğunu
müəyyənləşdirin.

A)kontekstual       B)koqnitiv
C)prosedural        D) deklorativ 
E)heç biri

Günel Əliyevanın ‘’Maksimum 10000 Kurikulum test’’ kitabı əsasında

19. Mən onu görən kimi tanıdım.

Qaydalarını izah etdim həyatın.

Nümunə göstərdim keçmişindən.    

İstifadə etdim xatirələrindən.

=============gedişlərini.

Buraxılmış sözü müəyyən edin.

A)Təhlil etdim.

B)Yada saldım.

C)Düşündüm.

D)Unutdum.

E)Xəyalımda canlandırdım.

Günel Əliyevanın ‘’Maksimum 10000 Kurikulum test’’ kitabı əsasında

20.4.1.2.”Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını(ad, əlamət, hərəkət)bildirməsini izah edir”alt standartının bilik və fəaliyyət kateqoriyasını müəyyən edin.
A)Prosedural, ünsiyyət
B)Prosedural, psixomotor
C)Kontekstual, idraki
D)Deklarativ, idraki
E)Deklarativ, prosedural

MİQ 2021 Kurikulum qəbul tipli Mövzu SINAQ 1-in-cavabları

1-C 11-E

2-C 12-E

3-B 13-D

4-A 14-C

5-A 15-A

6-A 16-D

7-B 17-D

8-A 18-B

9-A 19-A

10-C 20-D

=========Sınaq imtahanından topladığınız nəticəni , çətinlik çəkdiyiniz testləri elə bu sınağın rəy bölməsinə yerləşdirməyi unutmayın. Hər gün yeni sınaqlar , xəbərlər üçün www.guneleliyeva.info.az saytını izləməyi ,sınağı bəyəndinizsə paylaşmağı unutmayın.

Təlimçi Günel Əliyeva ilə əlaqə: 050-592-33-61 whatsapp