İnnovativ Təlim Akademiyası

İmtahanda uğurlar!

2021-ci ilin İLK AZƏRBAYCAN dili sınağı İBTİDAİ SİNİF MÜƏLLİMLƏRİ üçün

Müəllimlərin İşə Qəbulu, Sertifikasiya imtahanlarına hazırlaşanlar üçün

2021-ci ilin ilk Azərbaycan dili-İBTİDAİ SİNİF MÜƏLLİMLƏRİ üçün sınağını MSİ 1

(Mövzu Sınaq İmtahanı 1) təqdim edirik.

TN-liyin Azərbaycan dili üzrə Qiymətləndirmə çərçivəsinə uyğun

Sualları təlimçi,mütəxəssis Günel Əliyeva tərtib edib.

 

Günel Əliyevanın“Azərbaycan dili Maksimum 10000 test” kitabından

1.Vurğusu dəyişməklə nitq hissəsinə mənsubluğu dəyişməyən, ancaq leksik mənası dəyişən sözlərə aid olmayanı seçin.

A)alın

B)elektrik

C)şaxta

D)döyün

E)dimdik

 

Günel Əliyevanın“Azərbaycan dili Maksimum 10000 test” kitabından

2.Frazeoloji birləşmələrə xas olan xüsusiyyətlər sırasında biri məntiqi pozur:

A)Frazeoloji birləşmələr tərkibcə dəyişməyən, məcazi mənada işlənən birləşmələrdir.

B)Belə birləşmələrin tərkibində olan sözlər öz həqiqi mənasından uzaqlaşır.

C)Frazeoloji birləşmələr sintaktik təhlildə bütövlükdə bir cümlə üzvü rolunda çıxış edir.

D)Frazeoloji birləşmələr dildə hazır şəkildə olur.

E)Frazeoloji birləşmələrdə əsas və asılı tərəf olur.Ona görə də bir tərəfdən digər tərəfə sual vermək olur.

Günel Əliyevanın“Azərbaycan dili Maksimum 10000 test” kitabından

3.Sözdə hecalardan birinin digərinə nisbətən qüvvətlə deyilməsinə heca vurğusu deyilir. Üzərinə vurğu düşən heca

 vurğulu heca adlanır .Milli sözlərimizdə vurğu əsasən son hecadakı saitin üzərinə düşür.

Ancaq vurğusu son hecaya düşməyən sözlərimiz də vardır:

Təqdim olunan qaydada sonuncu cümlənin məntiqinə əsasən hansı sözləri nümunə göstərsək səhv etmərik?

A)bayaq, dünən, bildir, yazır

B)necə, sanki ,ancaq, yamyaşıl

C)əkinçilik, işıq, qorxmaq, sapsarı

D)bəzən, daxilən, bəzi, uşaq

E)dimdik, qəhrəmancasına,  bəzən ,gömgöy

 

 

Günel Əliyevanın“Azərbaycan dili Maksimum 10000 test” kitabından

4.Yanlış fikri seçin.

A)Büsbütün, bumbuz sözləri çoxaltma dərəcəsində deyil.

B)Qısqıvraq sözü həm zərf, həm də sifət kimi işlənə bilir.

C)Bütün sifətlər dərəcə əlaməti qəbul edir.

D)Həm azaltma, həm də çoxaltma dərəcəsinin morfoloji və sintaktik əlamətləri ancaq sifətlərə artırıldıqda müqayisə dərəcələrini əmələ gətirir.

E)Sifət həm isimləşərək, həm də isimləşmədən xəbər ola bilir.

Günel Əliyevanın“Azərbaycan dili Maksimum 10000 test” kitabından

5.Eynicinsli qoşasamitli sözlər ilə bağlı düzgün olmayan fikri seçin:

A)Eyni samit qoşalığı sözün həm ortasında, həm də sonunda işlənir.

B)Qoşa pp ilə yazılanlar [pb] şəklində deyilir.

C)Qoşa kk ilə yazılanlar [kg] şəklində deyilir.

D)Qoşa qq ilə yazılanlar  [kk] şəklində deyilir.

E)Qoşa yy samiti –iyyat –iyyə şəkilçilərinin və ya şəkilçi formasının tərkibində olarsa, tələffüzdə bir[ y] ilə deyilir.

 

Günel Əliyevanın“Azərbaycan dili Maksimum 10000 test” kitabından

6.Əsas və köməkçi nitq hissələrinin xüsusiyyətləri baxımından məntiqi pozan hansıdır?

A)Söz yaradıcılığında iştirak edir️əsas nitq hissələri

B)Ayrılıqda cümlə üzvü kimi işlənə bilmir️köməkçi nitq hissələri

C)Söz birləşməsinin həm əsas, həm də asılı tərəfi kimi çıxış edə bilir️köməkçi nitq hissələri

D)Formaca dəyişə bilmir️köməkçi nitq hissələri

E)Həm müstəqil leksik, həm də qrammatik mənaya malikdir️əsas nitq hissələri

 

Günel Əliyevanın“Azərbaycan dili Maksimum 10000 test” kitabından

7.Çoxmənalı sözlər ilə bağlı fikirlərdən hansı doğru deyil?

A)Çoxmənalı sözlərdə əsas şərt budur ki, bir söz nə qədər yeni mənalar qazansa da, əsas(ilkin)mənadan tam uzaqlaşmır.

B)Əgər yeni qazanılan törəmə məna həqiqi mənadan tamamilə fərqlənərsə, bu zaman omonimlik yaranar.

C)Çoxmənalı sözlər müxtəlif nitq hissələrinə aid olur.

D)Azərbaycan dilində isim, sifət və feillərə məxsus sözlər daha çox törəmə mənalar qazanaraq çoxmənalılıq təşkil edir.

E)Baş,üz,qaş, göz, burun, ağız, dil, diş, boğaz çoxmənalı sözlərdir.

 

Günel Əliyevanın“Azərbaycan dili Maksimum 10000 test” kitabından

8.Sinonimlər ilə bağlı fikirlərdən hansı yanlışdır?

A)Sinonim yunan sözü olub, eyni adlı deməkdir.

B)Sinonimliyi təşkil edən sözlər omonimlərdən fərqli olaraq, eyni bir nitq hissəsinə aid olur.

C)Demək olar ki, sinonimlik bütün nitq hissələrində özünü göstərir.

D)Sinonimlər hər zaman bir-birini əvəz edə bilir.

E)Sinonimlik xüsusiyyəti sözlərdə olduğu kimi, şəkilçilərdə də özünü göstərir.

 

Günel Əliyevanın“Azərbaycan dili Maksimum 10000 test” kitabından

9.Sifətin isimləşməsi

(substantivləşməsi) ilə bağlı olmayan fikri seçin.

Sifət isimləşərkən:

A) İsim kimi ad bildirməyə xidmət edir.

B)İsim kimi kim? nə? sualına cavab verir.

C)Cümlədə mübtəda və tamamlıq vəzifələrində işlənir.

D)Cəm, mənsubiyyət və hal şəkilçilərini qəbul edə bilir.

E)Cümlədə təyin olur.

 

Günel Əliyevanın“Azərbaycan dili Maksimum 10000 test” kitabından

10.Leksik şəkilçilər haqda fikirlərdən biri yanlışdır:

A)Bu şəkilçilərə sözdüzəldici şəkilçilər də deyilir.

B)Leksik şəkilçilər yalnız alınma ola bilər.

C)Leksik şəkilçilər birvariantlı, ikivariantlı, dördvariantlı olur.

D)Leksik şəkilçilər həm sözün önünə, həm də sonuna artırıla bilir.

E)Sözönü şəkilçilər dilimizə başqa dillərdən keçmiş leksik şəkilçilərdir və ahəng qanununa tabe olmadan bir cür yazılır.

 

Günel Əliyevanın“Azərbaycan dili Maksimum 10000 test” kitabından

11.Əsas nitq hissələrinin belə bir xüsusiyyəti yoxdur:

A)Həm müstəqil lüğəvi (leksik)mənaya, həm də qrammatik mənaya malikdir.

B)Ayrılıqda işlənə bilir.

C)Formaca dəyişə bilmir, yəni qrammatik şəkilçi qəbul etmir.

D)Söz birləşmələrində həm əsas, həm də asılı tərəf kimi çıxış edə bilir.

E)Ayrılıqda cümlə üzvü ola bilir.

 

Günel Əliyevanın“Azərbaycan dili Maksimum 10000 test” kitabından

 12.”Əli məktəbdən evə qayıtdı”-cümləsindəki isimlərin morfoloji təhlilindəki səhvi tapın.

A)Əli-kim? başlanğıc formadadır.

B)Əli-sadə, xüsusi isimdir.

C)məktəbdən-haradan? başlanğıc forması-məktəb

D)məktəbdən-cümlədə tamamlıqdır.

E)evə-haraya? yönlük haldadır, cümlədə yer zərfliyidir.

 

Günel Əliyevanın“Azərbaycan dili Maksimum 10000 test” kitabından

13.Sifət ilə bağlı yanlış fikri müəyyən edin.

A)Bəzi sifətlər həm keyfiyyət, həm də əlamət bildirə bilir.

B)-kı, -ki, -kü və -dakı2 şəkilçiləri ilə düzələn sifətlər yalnız hansı? sualına cavab verir.

C)kimyəvi, dünyəvi, mənəvi, lüğəvi, əşyəvi sözlərinin kökləri sabit qalmadığı üçün quruluşca düzəltmədir.

D)Açıq sözü hər zaman dərəcə əlaməti bildirmir.

E)İsimləşmiş sifətlər morfoloji təhlil zamanı sifət kimi

 

Günel Əliyevanın“Azərbaycan dili Maksimum 10000 test” kitabından

14.Sözün başlanğıc forması ilə bağlı yanlış fikri müəyyən edin.

A)Sözdə qrammatik şəkilçiyə qədərki leksik məna bildirən hissə sözün başlanğıc forması sayılır.

B)Əgər sözdə leksik şəkilçi yoxdursa, sözün kökü başlanğıc forma olur.

C)Dənizdə sözünün başlanğıc forması “dəniz” dir.

D)Başlanğıc formada qrammatik şəkilçi iştirak edə bilməz.

E)Başlanğıc formada olan sözlər sonu qrammatik şəkilçi ilə bitməyən sözlərdir.

 

Günel Əliyevanın“Azərbaycan dili Maksimum 10000 test” kitabından

15.Eyniköklü sözlərin belə bir xüsusiyyəti yoxdur:

A)Eyniköklü sözlərin kökləri formaca eyni olmalıdır.

B)Eyniköklü sözlər quruluşca düzəltmə olmalıdır.

C)Eyniköklü sözlərin kökləri eyni bir məna bildirməlidir.

D)Eyniköklü sözlər bir sözdən yaranmış həm eyni, həm də müxtəlif nitq hissələri şəklində ola bilər.

E)Eyniköklü sözlər öz formasını dəyişə bilməz.

 

Günel Əliyevanın“Azərbaycan dili Maksimum 10000 test” kitabından

16.”Düzgünlük” isminin kökü hansı nitq hissəsidir?

A)isim

B)feil

C)sifət

D)zərf

E)say

 

Günel Əliyevanın“Azərbaycan dili Maksimum 10000 test” kitabından

17.Vurğuya əsasən mənası düzgün olmayan sözü müəyyən edin:

A)gözlə’-bir şeyin intizarını çəkmək

B)dimd’ik-quşların ağızlarının irəliyə uzanmış sərt hissəsi

C)akade’mik-akademiyaya seçilmiş şəxsin fəxrin adı

D)romantik’-xəyalpərəst romantizm cərəyanı tərəfdarı

E)bə’zən-bəzi vaxt və hallarda arabir

 

Günel Əliyevanın“Azərbaycan dili Maksimum 10000 test” kitabından

18.Dilçiliyin sahələri ilə bağlı uyğunsuzluq yaradan variantı seçin.

A)Onomastika-Xüsusi adlar

B)Leksikologiya-lüğətlər

C)Etimologiya sözün mənşəyi

D)Morfologiya-Nitq hissələri

E)Sintaksis-söz birləməsi cümlə və mətinlər

 

Günel Əliyevanın“Azərbaycan dili Maksimum 10000 test” kitabından

19.Müəyyən yiyəlik hal ilə bağlı fikirlərdən hansı doğru deyil?

A)Kimin?, nəyin?, haranın? suallarına cavab olur və yiyəlik məzmununu konkret şəkildə ifadə edir.

B)Saitlə bitən sözlər yiyəlik halda işlənərkən y bitişdirici samitindən istifadə olunur.

C)Mən və biz əvəzlikləri yiyəlik halda -im şəkilçisi qəbul edir.

D)Müəyyən yiyəlik halda olan isim, bir qayda olaraq, özündən sonra mənsubiyyət şəkilçili söz tələb edir.

E)Müəyyən yiyəlik hallı söz, əsasən, III növ təyini söz birləşməsinin asılı tərəfi kimi çıxış edir.

 

Günel Əliyevanın“Azərbaycan dili Maksimum 10000 test” kitabından

20.Say bəhsinə aid fikirlərdən hansı doğru deyil?

A)Numerativ sözlər sayın quruluşuna təsir etmir.

B)Cüt, dəst –qoşa olan isimlərlə işlənir.

C)Dəstə- sözü əsasən quşlara, heyvanlara şamil edilir, lakin bəzən insan bildirən isimlərlə də işlənir.

D)Dilimizdə bəzi sözlər vardır ki, onların məzmununda kəmiyyət anlayışı ifadə olunur.

E)Danışıq zamanı baş sözü ailə üçün işləndikdə fonetik norma pozulur.

 

SINAĞIN DÜZGÜN CAVABLARINI TƏQDİM EDİRİK.

 

1.E                       11.C

2.E                       12.D

3.B                       13.C

4.C                       14.D

5.D                       15.E

6.C                        16.B

7.C                        17.D

8.D                       18.B

9.E                        19.B

10.B                     20.E

=========Sınaq imtahanından topladığınız nəticəni , çətinlik çəkdiyiniz testləri elə bu sınağın rəy bölməsinə yerləşdirməyi unutmayın. Hər gün yeni sınaqlar , xəbərlər üçün www.guneleliyeva.info.az saytını izləməyi ,sınağı bəyəndinizsə paylaşmağı unutmayın. Təlimçi Günel Əliyeva ilə əlaqə: 050-592-33-61 whatsapp

 

  1. 1ci sualda vurğu dəyişməklə nitq hissəsinə mənsubluğu dəyişir axı,cavabda dimdik sözüdür,bu həm sifət kimi,həm də isim kimi işlənir bu test mənə qaranlıq qaldı.zehmet olmasa izahat verərsiniz.

  2. Если вы решили пробрести товары в рассрочку, то предложение от банка вас действительно заинтересует вы можете оформить https://greatcard.ru/ в любом отделении банка. Вам не нуно будет ждать завтра!