2021-ci ilin ƏN YENİ QƏBUL TİPLİ KURİKULUM testləri-müəllif: Günel Əliyeva

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Metodika üzrə Qiymətləndirmə Çərçivəsinə uyğun mövzular və qəbul testlərindən seçmələr əsasında Kurikulum üzrə mütəxəssis Günel Əliyevanın tərtib etdiyi açar sözləri əsasında hazırlanmış testləri-2-ci hissə-Situasiya testləri

1.Leyla müəllim Ayselin feilin qrammatik məna növlərinin hansı ilə bağlı problemi olduğunu dəqiqliyiylə deyir, bu məqamda söhbət nədən gedir?
A)mümkün qədər spesifik olmaq
B)rəyi mümkün qədər vaxtında vermək
C)rəyi hər bir şagirdin diqqətinə çatdırmaq
D)fərqli rəy vermək
E)müsbət rəy vermək

2.”Afərin, Murad, sən çox ağıllısan, ona görə çalışmanı asanlıqla yazdın” fikri hansı rəyə aiddir?
A)keçmişə yönəlik rəyə
B)emosiyalara yönəlik rəyə
C)gələcəyə yönəlik rəyə
D)spesifik rəyə
E)idraki fəaliyyətə yönəlik rəyə

3.Əli müəllim bir-bir bütün şagirdlərin adını çəkir, daha sonra həmin şagird estafeti başqa şagirdə ötürürsə bu nədir?
A)exotexnika
B)auksion
C)şagird zənciri
D)klaster
E)akvarium

4.Natiq müəllim Elnura
“Səhv etdiklərini yenidən yaz” deyirsə bu hansı rəyə aiddir?
A)keçmişə yönəlik rəy
B)gələcəyə yönəlik rəy
C)emosiyalara yönəlik rəy
D)idraki fəaliyyətə yönəlik rəy
E)mümkün qədər spesifik rəy

5.Ayxan çətinlikləri sevir, səhvlərindən öyrənirsə Karol Dvekə görə, bu hansı düşüncə tərzidir?
A)inkişafa açıq düşüncə tərzi
B)qapalı düşüncə tərzi
C)mücərrəd düşüncə tərzi
D)fərqli düşüncə tərzi
E)heç biri

6.Səkinə müəllim şagirdi Nisəyə öyrənmə yolunda müvəqqəti dəstək olur, bu məqam L.S.Vıqotskinin nəzəriyyəsində hansı terminlə ifadə olunub?
A)skafoldinq
B)assimilyasiya
C)diferensiasiya
D)imitasiya
E)refleksiya

7.Nərmin özünütəhsil yolu ilə biliklərə yiyələnirsə bu məqamda hansı təhsildən söhbət gedir?
A)formal
B)qeyri-formal
C)informal
D)əyani
E)distant

8.Aliyə müəllim Nahidin arzuolunan davranışını gücləndirmək üçün nəyisə əlavə edirsə bu biheyvierizm nəzəriyyəsinə görə, nədir?
A)gücləndirmə
B)müsbət gücləndirmə
C)neqativ gücləndirmə
D)müsbət cəzalandırma
E)neqativ cəzalandırma

9.Rahim müəllim dərsdə hər bir situasiyadan asanlıqla çıxa bilir, çünki onun qabaqlayıcı tədbirləri var, bu söz başqa hansı fikir ilə ifadə oluna bilər?
A)diqqətlə yanaşma
B)proaktiv yanaşma
C)xüsusi yanaşma
D)ciddi yanaşma
E)reaktiv yanaşma

10.Aysel müəllim dərsində həm şagirdlərə bilik verir, həm inkişaf etdirir, həm də onların tərbiyəsinə ciddi nəzarət edirsə pedaqoji prosesin hansı təşkili prinsipini gözləyir?
A)şagirdyönümlülük
B)şəxsiyyətyönümlülük
C)pedaqoji prosesin tamlığı
D)inkişafyönümlülük
E)inklüzivlik

CAVABLAR:1-A 2-B 3-C 4-B 5-A 6-A 7-C 8-B 9-B 10-C