Müəllimlərin İşə Qəbulu imtahanının müsahibə mərhələsindən keçmək üçün əsas bir neçə faktor var. Müəllim namizədlər sözügedən qaydalara əməl edərlərsə müsahibədən mütləq keçəcəklər.

Kurikulum üzrə təlimçi Günel Əliyeva həmin qaydaları belə ümumiləşdirib.

Müsahibədən uğurla keçmək istəyənlərə tövsiyələr:

🟢Səliqəli geyinin.(Yaradıcılığınızı geyiminizdə göstərin, məsələn).

🟢Sərbəst olun.(Utancaq, kompleksli insan daha çox uğursuzluqla qarşılaşır həyatı boyu)

🟢Səmimiyyət vacibdir.(“Nə düşünərlər” deyə fikirləşmədiyiniz sözlərlə danışmayın, öz düşündüklərinizi ifadə edin.

🟢Gülümsəyin.(Aqressiv insanı kim sevir ki)

🟢Enerjili görünün(yorğunluq hiss etdirilməməlidir, tənbəl insanın heç özünə də xeyri yoxdur🙂 ).

🟢Nitqinizdə iki əsas şərti gözləyin: elmi və bədii üslubları birləşdirib danışın(həm bol məlumatlı , həm obrazlı nitq )

🟢Cavabını bilmədiyiniz suallarda qətiyyən susmayın, heç olmasa gülümsəyin🙂üzrxahlıq edin, müsahibədən çıxan kimi öyrənəcəyinizi deyin.

🟢”Bilmirəm” sözünü beyninizdən birdəfəlik silin.
🙂🙂🙂

Uğurlar! Siz özünüzə güvənin, ekspertlər də sizə güvənəcək.