Günel Əliyeva
Kurikulum Təlimçisi / Filoloq
  • gunelliyeva1@gmail.com
  • +994 50 473 12 99
Haqqımda

Əliyeva Günel Qəzənfər qızı 01.12.1991-ci ildə Şuşa şəhərində anadan olub. 2009-cu ildə Şuşa şəhəri 6№-li tam orta məktəbi bitirib. 2009-2013-cü illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya  (Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi ixtisası) fakültəsinin məzunu olmuşdur. Hal-hazırda Laçın rayonu 13№-li tam orta məktəbdə Azərbaycan dili və Ədəbiyyatı müəllimi vəzifəsində çalışır. Müxtəlif kurslarda, tədris mərkəzlərində və məktəblərdə Kurikulum (Pedaqogika) təlimini tədris edir. 

Nailiyyətlər

“Kurikulum Tədris Mərkəzi”nin Müəllimlərin İşə Qəbulu şöbəsinin, eyni zamanda “Kurikulum Elektron Tədris Platforması”nın Kurikulum təlimçisidir. Bədii yaradıcılıqla da məşğul olur. “Gecikmisən qəlbimə”, “Könlümün səhrası” şeir kitablarının, “Mən Qaranlığam” romanının müəllifidir. “Mən bir müəlliməm” adlı kitabı elmi və bədii üslubları birləşdirən ilk Kurikulum (Pedaqogika) kitabıdır. Kurikulumu ən qısa müddətə, xüsusi metodlarla öyrədən “Sürətli Öyrənmə Proqramı”, “Maksimum 10000 test” (Kurikulum, Pedaqogika, Psixologiya), “Maksimum 10000 Azərbaycan dili”, “Maksimum 10000 Ədəbiyyat” test kitablarının da müəllifidir. “Müsahibə Proqramı” Dövlət Qulluğu və Müəllimlərin İşə Qəbulu imtahanlarının müsahibə mərhələsinə hazırlaşanlar, “Vizual Kurikulum” kitabı rus bölməsi müəllimləri üçün nəzərdə tutulub. 5-11-ci sinif proqramını tam əhatə edən “Azərbaycan dili” kitabı ilə yanaşı, 5-11-ci sinif mövzularını özündə birləşdirən “Ədəbiyyat” kitabı da Kurikulum proqramına uyğun olaraq yeni qaydalar əsasında yazılmışdır.